Kristal Abşeronun sahibi Məhəyətin və ''krışası'' AĞALAR Vəliyevin ''KİRLİ'' biznesi... - Məhkəmə sədri Elçin niyə qanunsuzluqları yol verir...
Bizim davamız DÖVLƏT və HAQQ davasıdır, cənab hakim Elçin Kazımov, asfalt-qır davası deyil…
Məhayət, bu insanlara yaratdığın problemlər bitəcəkmi, NƏHAYƏT ?
Ağalar Vəliyev, sən bu insanları niyə AĞLAR günə qoymusan ?
“Kristal Abşeron” tikinti şirkətinin hüquqşünası Salman Əliyev harada söhbət düşürsə, deyir ki, bu binalar-zad, Kristal-zad boş şeydir e, əsas mülklər, villalar, obyektlər, Baltik respublikalarında, İtaliyada və digər xarici dövlətlərdədir.
Salman söhbət əsnasında onu da deyir ki, Məhayət Nəbiyevgilin dəstəsi əvvəllər Sumqayıt Alüminium zavodunun direktoru olmuş Hüseynov soyadlı şəxsin oğlu Elçin Hüseynovu həbs etdirərək, həmən şəxsin bütün əmlakına sahib çıxaraq, hər şeyi öz əllərinə keçiriblər. Və ondan sonra böyük biznesə ayaq basıblar.
Salman onu da xüsusi olaraq qeyd edir ki, Abşeron rayon məhkəməsinin sədri Elçin Kazımov bu yaxınlarda 900 min manat dəyəri olan mülk alıb. Görəsən, məhkəmə sədrində bu qədər pul haradandır ?
Salman bu suala cavab olaraq deyir ki, Elçin qağamda hazırda Asfalt zavodla bağlı məhkəmə araşdırması var, dəyəri 500 mindir, amma Elçin qağam hərracda qiyməti 2 dəfə qaldırıb və qiymət olub 1 milyon manat.
Ağlınıza başqa şey gəlməsin ee, söhbət asfaltdan-qırdan gedir.
Salman onu da deyir ki, Elçin müəllim Qır Qazanından dəhşətli dərəcədə qorxur, deyir ki, gecələr yuxuma qır qazanı girir.
Bir sözlə, Salman əsl dastan danışan aşıqlar kimi danışır.
Bunların əslində bizim məsələyə dəxli yoxdur.
Axı, ötən yazımızda qeyd etmişdik ki, Yastı Salmanlar, Məhayətlər, Elçinlər və özləri kimilər Gündəlik Bakı üçün maraqlı deyil. Və onu da xüsusi olaraq qeyd etmişdik ki, az qala bütün dünyanın qarşısında ÖZ ƏZƏMƏTİ və DƏMİR YUMRUĞU ilə dayanan Müzəffər Komandan, Prezidentimizin ayağına kim dolaşarsa, ( ayağının altını qaza bilməzlər, sadəcə dolaşırlar ) biz ona qarşı olacağıq. Biz DÖVLƏTİMİZ-in yanında olacağıq. Bizim davamız salman-malman davası deyil, SİVİL, BÜTÖV AZƏRBAYCANDIR.
Sizlər bu yolda bizi saxlaya bilməzsiniz. Həm də axı biz şəxsi dava etmirik.
Biz Kristal Abşerondan nəinki ev, mənzil, heç bir çöp də almamışıq.
Amma insanlar illərdir bu şirkətin zülmünə düçar olublar. Biz yazmayaq ?
Hər məsələ ilə ölkə başçısı məşğul olmalıdırısa, onda icra başçıları, hakimlər, vəkillər, media və s nəyə lazımdır ?
Biz öz işimizi görürük, yəni gördüklərimizi ictimailəşdirib, ölkə rəhbərinin diqqətinə çatdırırıq.
Bir daha deyirik bizim Kristal Abşeronla zərrə qədər problemimiz yoxdur.
Amma Kristal Abşeronun problemi var. Bəli, “Kristal Abşeron” tikinti şirkəti müqavilə üzrə öz öhdəliyini yerinə yetirmir. Mənzillərin vaxtında təhvil verilməməsi, keyfiyyətsiz təmir, bağlanan kredit müqavilələrinin şərtlərinə əməl etməmək, böyük məbləğdə pulların bank vasitəsilə deyil nağd, özü də DOLLAR-la ödənilməsi, yəni vergidən külli miqdarda yayınma, bir sözlə, şirkətdə qanunsuzluqlar baş alıb gedir.
Bütün bunları Gündəlik Bakı etmir ee,Kristal Abşeron edir, cənablar.
Bütün bunları şirkətin de-yure sahibi Məhayət Nəbiyev və şirkətin “xozeyni”, millət vəkili, “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev edir.
Təsəvvür edirsiniz 2018-ci ildə təhvil verilməli olan mənzillər hələ hazır deyil. İnsanlar neçə il gözləsin axı.?
Təhvil verilən mənzillər nə gündədir axı..?
Yəni bir daha vurğulayırıq ki, gedin problemləri özünüzdə axtarın.
Biz isə Allahın izni, Prezidentimizin iradəsi ilə cəmiyyətimizdəki bütün problemlərin aradan qaldırılmasına bir qəzet olaraq öz töhfəmizi verəcəyik.
Və soruşuruq: Məhayət, bu insanlara yaratdığın problemlər bitəcəkmi, NƏHAYƏT ?
Ağalar Vəliyev, sən bu insanları niyə AĞLAR günə qoymusan ?
gundelik baki.com