azia.az
azia.az

Azərbaycanda ailə faciəsi: Ər və arvad öldü

17-01-2022, 16:28

Azərbaycanda ailə faciəsi: Ər və arvad öldü
Naxçıvan şəhərində avtomobil ər və arvadı vuraraq öldürüb.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 14-də saat 21 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini C.Əliyev idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilən hər 2 piyada yanvarın 15-də orada ölüblər.

Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi