Ağsuda məktəbdə faciəvi ölüm
Ağsuda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.
Azia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Soltan Umbayev adına 2 saylı orta məktəbdə baş verib.
Belə ki, Xəyal Şərifov adlı gənc təhsil ocağında sıradan çıxmış sayğacı dəyişdirərkən onu elektrik cərəyanı vurub.
Rayonun Qaraqoyunlu kənd sakininin ölümü ilə bağlı araşdırma aparılır.