Qazaxıstanda general intihar etdi
Qazaxıstanda haqqında cinayət işi açılan general-mayor intihar edib.
"Ölkə.Az" xəbər verir ki, Jambil vilayətinin polis idarəsinin rəisi, polis general-mayoru Janat Süleymenov özünə qəsd edib.
Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib.
Hazırda hadisənin detalları araşdırılır.
Qeyd edək ki, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb. 60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi.