Vilayət Eyvazov general Yaşar Əliyevi vəzifədən azad etdi
Vilayət Eyvazov general Yaşar Əliyevi vəzifədən azad etdi
Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.
Belə ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib., Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi idi.
Digər məlumata görə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilən polis general - mayoru Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.
Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevdir.
Yaşar Əliyev əvvəllər də Məhərrəm Əliyevlə birgə işləyib, M.Əliyev Bakı şəhər polis idarəsinin rəisi olanda onun müavini olub.