azia.az
azia.az

Bakıda tələbə dəm qazından boğulub öldü - Ən yüksək bal toplamışdı... - FOTO

27-12-2021, 09:59

Bakıda tələbə dəm qazından boğulub öldü - Ən yüksək bal toplamışdı... - FOTO
Bakıda dəm qazı daha bir can alıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından zəhərlənərək vəfat edib.
22 yaşlı gənc bu universitetdə MBA üzrə magistratura təhsili alırmış.

E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.

O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək, 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.

Həmçinin, 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.

Bakıda tələbə dəm qazından boğulub öldü - Ən yüksək bal toplamışdı... - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi