azia.az
azia.az

10270 abituriyent qəbul imtahanında 0-199 bal toplayıb

20-05-2016, 17:52

10270 abituriyent qəbul imtahanında 0-199 bal toplayıb Mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-nın sorğusuna verilən cavabda bildirilib ki, may ayının 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 8 nəfəri 600‑700 bal (0.06 %), 57 nəfəri 500-599 bal (0.42 %), 291 nəfəri 400-499 bal (2.14 %), 823 nəfəri 300-399 bal (6.06 %), 2140 nəfəri 200-299 bal (15.75 %), 10270 nəfəri isə 0-199 bal (75.58 %) toplayıb.

Xatırladırıq ki, əvvəlki illərin məzunları ötən illərdə keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi