azia.az
azia.az

Bakıda FACİƏ: Taksi sürücüsü görün nə etdi

14-12-2021, 12:01

Bakıda FACİƏ: Taksi sürücüsü görün nə etdi
Bakıda daha bir nəfər özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Azia.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 131A ünvanında yerləşən Rabit və Nəqliyyat Kollecinin yataqxanasında baş verib.

Füzuli rayonu Dədəli kəndindən olan məcburi köçkün, 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu binanın damına çıxaraq özünü aşağı atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra taksi sürücüsü kimi çalışan Seymurun xeyli borcunun olduğu, banklardan götürdüyü kreditləri verə bilmədiyi, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkdiyi və bu sıxıntılar səbəbindən həyatına qəsd etdiyi məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi