azia.az
azia.az

Bakıda marketdə işləyən oğlanla qızın sevgi hekayəti - Satıcıya aşiq oldu, özünü binadan atdı

10-12-2021, 11:11

Bakıda marketdə işləyən oğlanla qızın sevgi hekayəti - Satıcıya aşiq oldu, özünü binadan atdı
Dünən saat 13 radələrində Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla küçəsi 79 ünvanında yerləşən çoxmərtəbəli binada intihar hadisəsi vaş verib.

Binanın eyvanına çıxan Məmmədov Ruslan İlqar oğlu özünü yola atıb.

O, hadisə yerindəcə keçinib. İlkin araşdırma zamanı məlum olub ki, intihar edən gənc yaxınlıqda yerləşən "Xəzər" marketdə çalışıb və həmin ticarət obyektində çalışan Aysel (ad şərtidir) adlı qızı sevib. Onlar 2 ay müddətində telefonla daim danışaraq sevgi münasibətində olub. Lakin bir neçə gün əvvəl münasibətləri pozulub və Aysel Ruslanla danışmaqdan imtina edib.

Sevdiyi qızın ondan üz döndərdiyini və bütün cəhdlərinə baxmayaraq, barışmadığını görən gənc oğlan özünü binadan atmaq qərarına gəlib və dəhşətli hadisə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

///Publika.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi