15 yaşlı məktəbli ikinci dəfə hamilə qaldı - Bu dəfə fərqli kişidən
Moskvalı məktəbli uşaq poliklinikasına müraciət etdikdə növbəti dəfə hamilə qaldığı üzə çıxıb.
“Yeni Gündəm” “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, araşdırma qızın 17 həftəlik hamilə olduğunu göstərib.
Alinanın altı ay bundan əvvəl ana olduğunu bilən həkimlər şoka düşüblər. Ardınca da bu məlumatı hüquq-mühafizə orqanlarına bildirib, qızı isə evə göndəriblər. Daxil olan məlumatdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Alinanın münasibət qurduğu 26 yaşlı Nikitanı saxlayıblar. Ona qarşı iki maddə üzrə cinayət işi başlanıb.