azia.az
azia.az

Bakıda ticarət mərkəzi yanır - yanğın ətrafdakı obyektlərə keçib - YENİLƏNİB - VİDEO

16-10-2021, 10:00


Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında "Metro-City" ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.
Bakıda ticarət mərkəzi yanır - yanğın ətrafdakı obyektlərə keçib - YENİLƏNİB - VİDEO
Xəbər verilir ki, APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

***09.23

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

Məlumata görə, hadisə metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metro City” ticarət mərkəzində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi