Bakıda itkin düşən 12 yaşlı oğlan görün hardan tapılıb - VİDEO
Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapılıb.
Bu barədə Azia.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Belə ki, Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib.
O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib. Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb.
"Bir daha valideynlərə müraciət edərək bildiririk ki, övladları daim nəzarətdə saxlamaqla baş verə biləcək belə halların qarşını vaxtında alsınlar", - mətbuat xidmətindən bildirilib.