İtkin düşən daha bir əsgərin nəşi tapıldı
Vətən müharibəsində itkin düşən hərbçilərimizdən daha birinin şəhid olduğu müəyyənləşib.
“AZİA.AZ” xəbər verir ki, söhbət Masallının Ərkivan qəsəbə sakini 23 yaşlı Sənan Seyfullayevdən gedir. S. Seyfullayev bu gün doğulduğu qəsəbədə torpağa tapşırılıb.
Bildirilir ki, onun nəşi 71 gündən sonra tapılıb.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin itkin düşən 64 hərbçi ilə bağlı yaydığı siyahıda S. Seyfullayevin də adı yer almışdı.