azia.az
azia.az

Hansı itlər uşaqlarla yola getmir? — 12 cins açıqlandı

Bu gün, 17:03

Mütəxəssislər bildirir ki, hər it cinsinin özünəməxsus xarakter xüsusiyyətləri var və ev heyvanı seçərkən ailənin həyat tərzi nəzərə alınmalıdır. “

Demokrat.az
 xəbər verir ki, "The Scotsman" nəşri uşaqlı ailələr üçün uyğun hesab edilməyən 12 it cinsinin siyahısını təqdim edib.

Veymaraner

İri ov iti olan veymaraner bəzən öz gücünü düzgün qiymətləndirmir və kobud oyunları sevir. Bu isə kiçik uşaqlar üçün təhlükəli ola bilər.

Çau-çau

Böyük və yumşaq görünsə də, çau-çau uşaqların səs-küyü və qaçışından əsəbiləşə, aqressiv reaksiya verə bilər.

Taksa

Taksa cinsi gözə zərərsiz görünsə də, davranışları bəzən gözlənilməz olur. Onların uşaqlara qarşı səbirsiz davrana və hətta dişləyə biləcəyi qeyd olunur.

Avstraliya çoban iti

Əvvəllər qoyun otarmaq üçün yetişdirilən bu cins heyvanların ayaqlarını çimdikləmə davranışı ilə seçilib. Kiçik uşaqların ətrafında da oxşar hərəkətlər edə bilər.

Pekines

Pekines uşaqların kobud davranışına və oyunu pozmasına qarşı həssasdır.

Akita

Ailəni qoruma instinkti güclü olan akitalar itələnməkdən və qıcıqlandırılmaqdan xoşlanmır. Hətta yeni doğulan körpəni təhlükə kimi qəbul edə bilər.

Qreyhaund

Bu cins sakitliyi sevir. Uşaqların davamlı səs-küyü və aktivliyi itdə stress yarada bilər.

Şi-tsu

Zərif quruluşa malik olan şi-tsular diqqətli münasibət tələb edir. Uşaqlar təsadüfən onlara xəsarət yetirə bilər.

Çihuahua

Kiçik ölçüsünə baxmayaraq, şəxsi məkanına müdaxilə olunduqda aqressiv reaksiya göstərə bilər. Ani hərəkətləri isə azyaşlı uşaqlar üçün problem yarada bilər.

Alyaska malamutu

Aktiv həyat tərzini sevənlər üçün uyğun olsa da, malamutlar tez darıxır və kobud oyunlara meyilli olur. Bundan başqa, yeməyinə qarşı qısqanclıq göstərə bilər.

Şarpey

Müstəqil xarakterə malik olan şarpey şəxsi sərhədlərinə hörmət edilməsini istəyir. Uşaqlar bunu nəzərə almadıqda aqressiv ola bilər.

Sibir haskisi

Haskilər enerjili və sərt oyunları sevən itlərdir. Uşaqlarla nəzarətsiz qalanda bu davranış problem yarada bilər.

Ekspertlər vurğulayır ki, hər bir itin davranışı təkcə cinsdən deyil, tərbiyə, sosiallaşma və yetişdirilmə şəraitindən də asılıdır.

Jalə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi