azia.az
azia.az

Alkoqolizm və narkomaniyadan məcburi müalicəyə icra məmurları nəzarət edəcək

13-05-2016, 12:33

 Alkoqolizm və narkomaniyadan məcburi müalicəyə icra məmurları nəzarət edəcəkAzərbaycanda alkoqolizm və narkomaniyadan məcburi müalicə olunan şəxslərin müalicəsinə icra məmurları nəzarət edəcək.
Bununla əlaqədar "İcra məmurları haqqında" qanuna əlavələrin edilməsi təklif edilir.
Yeni layihəyə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət ediləcək.
Layihə Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi