azia.az
azia.az

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bu gün, 17:12

Çexiyada aparılan avtomobil yolu tikintisi zamanı 2200 illik qədim Kelt yaşayış məskəni aşkarlanıb.

Azia.az  Musavat.com-a istinadən  xəbər verir ki, 25 hektarlıq ərazini əhatə edən qazıntılar zamanı qızıl və gümüş sikkələr, Baltik kəhrəbası və qiymətli zinət əşyaları ilə yanaşı, 13 mindən çox arxeoloji material torbası üzə çıxıb.

Məlumata görə, tarixi tapıntı Hradec Kralove şəhəri yaxınlığında aparılan magistral yol tikintisi zamanı aşkar edilib. Arxeoloqlar bu yaşayış məskəninin Orta Avropada son illərin ən mühüm kəşflərindən biri olduğunu bildirirlər.

Qazıntılara rəhbərlik edən arxeoloq Matous Holas bildirib ki, ilkin araşdırmalar zamanı ərazinin qeyri-adi böyüklüyü diqqət çəkib. Dəmir dövrünə aid yaşayış məskənləri adətən bir hektar civarında olduğu halda, bu ərazinin 25 hektara yayılması alimləri təəccübləndirib.

İki il davam edən qazıntılar zamanı Roma sikkələrindən ilhamlanaraq hazırlanmış qızıl və gümüş pullar, 1000-dən çox zinət əşyası, şüşə muncuqlar, güzgülər və Baltik kəhrəbasından hazırlanmış bəzək əşyaları tapılıb. Həmçinin yüksək texnologiya ilə hazırlanmış keramika və metal qablar da aşkarlanıb.

Alimlər yaşayış məskəninin ən maraqlı xüsusiyyətlərindən birinin müdafiə divarlarının olmaması olduğunu qeyd edirlər. Bu səbəbdən bölgənin hərbi məqsəddən çox ticarət mərkəzi kimi fəaliyyət göstərdiyi düşünülür. Ərazinin qədim “Kəhrəba yolu” üzərində strateji mövqedə yerləşdiyi bildirilir.

Araşdırmalar göstərib ki, La Tène dövrünə aid olan yaşayış məskəni eramızdan əvvəl I əsrdə qəfil tərk edilib. Lakin bölgədə yanğın, müharibə və ya zorakılıq izlərinə rast gəlinməyib. Mütəxəssislər bunun iqtisadi böhran və ya iqlim dəyişiklikləri ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Demokrat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi