azia.az
azia.az

“Qəti şəkildə bildirmişəm ki, hazırda Azərbaycana qayıtmaq istəmirəm”

Bu gün, 10:57

"Arda" da (Bolqarıstan) çıxış edən Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov "report"a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, "Botev"lə son matçda (2:1) vurduğu qollara münasibət bildirməklə yanaşı, karyerası və gələcək planları haqqında da fikirlərini bölüşüb.

- Bir müdafiəçi kimi karyeranızda ilk dəfə rəsmi oyunda dubl etmək sizdə hansı hissləri yaratdı?

- Çətin oyun olacağını bilirdik. Uğursuz seriyaya son vermək istəyirdik. Rəqibimizlə xallarımız yaxın idi, onlar bizi qabaqlamağa çalışırdılar. Pley-off şansımızı saxlamaq üçün mütləq qalib gəlməli idik. Çox dramatik oyun alındı. Biz qol vurduq, onlar hesabı bərabərləşdirdi, sonda yenə önə keçdik... Dubl etməyim qələbə ilə birləşdiyi üçün daha anlamlı oldu. Karyeramın ən yaddaqalan matçlarından biri olduğuna əminəm. Möhtəşəm hisslər idi. Onu da vurğulayım ki, son 7-8 oyundur yarımmüdafiəçi kimi çıxış edirəm. Bu mövqedə oynayanda qol vurmağa daha yaxın olursan.

- "Botev"lə matçda vurduğunuz qolları şərh edə bilərsiniz?

- Birinci qol normal oyun epizodundan vuruldu. Hətta həmin hücumu da mən başlatmışdım. Komanda yoldaşımı qapıçı ilə təkbətək çıxarsam da, qol olmadı. Sonradan vəziyyəti qolla özüm tamamladım. İkinci qolu isə standart vəziyyətdən sonra edilən yaxşı ötürmə sayəsində vurdum.

- Həmçinin oyunun ən yaxşı futbolçusu seçildiniz. Bu, Bolqarıstandakı uyğunlaşma dövrünün tam başa çatması deməkdir?

- Uyğunlşama dövrünü çoxdan başa vurmuşam. Bundan əvvəl də çox yaxşı çıxış etdiyim oyunlar olub, sadəcə, həmin vaxt matçın oyunçusu seçilməmişdim. Artıq bura tam uyğunlaşdığımı deyə bilərəm.

- Bolqarıstan çempionatı futbolçu kimi inkişafınıza nə dərəcədə təsir edib?

- Çox müsbət təsir edib. Ölkə xaricində oynamaq möhtəşəmdir. Çətinlikləri olsa da, bu amillər insanı həm şəxsiyyət, həm də futbolçu kimi inkişaf etdirir. Burada çox irəliləyişə nail olduğumu hiss edirəm.

- Çempionatın səviyyəsi haqqında hansı fikirləriniz var?

- Səviyyə pis deyil. Azərbaycan çempionatına yaxındır, lakin bəzi məqamlarda buranı daha üstün hesab etmək olar. Hər iki çempionatın özünəməxsus üstünlükləri var. Ümumilikdə yaxşı turnirdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi