azia.az
azia.az

“Koroğlu” metrostansiyası istiqamətində yanğın başladı, yolda sıxlıq yarandı

24-08-2021, 15:18

“Koroğlu” metrostansiyası istiqamətində yanğın başladı, yolda sıxlıq yarandı
Hazırda Heydər Əliyev prospektində metronun "Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Azia.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

Fövqəladə Hallar Nazirliyindən Report"a bildirilib ki, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi