azia.az
azia.az

SON DƏQİQƏ! Alimlər xəbərdarlıq etdi: Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

17-08-2021, 15:05

SON DƏQİQƏ! Alimlər xəbərdarlıq etdi: Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır
Yer planetinə 2016 AJ193 asteroidi yaxınlaşır.

Bu barədə Azia.az Rusiya mətbuatına istinadən xəbər verir.

NASA mütəxəssislərinin hesablamalarına görə, 2016 AJ193 asteroidi avqustun 21-də Yer kürəsinə təxminən 3,4 milyon kilometr maksimal məsafədə yaxınlaşacaq. Asteroidin diametri təxminən 1,4 kilometrdir.

Alimlər bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin bütöv qrupu mövcuddur. Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon km və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi