Təhlükəli asteroid Yerin 10 milyon kilometrliyindən keçəcək - NASA
"Faeton” (3200) asteroidi yerə yaxınlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumatda bildirilir ki, "Faeton” asteroidi dekabrın 16-da yerə yaxınlacaq. 4,8 kilometr diametrində olan asteroid planetin 10 milyon kilometrliyindən keçəcək. Bu Yerin Ayla olan məsafəsindən 27 dəfə çoxdur. Qeyd edək ki, NASA "Faeton” asteroidini potensial təhlükəli cismlər kateqoriyasına salıb. Bu səma cismi Yerlə toqquşsa, ciddi fəsadlar ola bilər. Onu da qeyd edək ki, "Faeton” növbəti dəfə Yerə 2093-cü ildə yaxınlaşacaq.