azia.az
azia.az

Türkiyədəki yanğınlarla bağlı ƏN SON VƏZİYYƏT - FOTO

3-08-2021, 13:16

Türkiyədəki yanğınlarla bağlı ƏN SON VƏZİYYƏT - FOTO

Türkiyənin müxtəlif şəhərlərində baş verən meşə yanğınları ilə bağlı ən son vəziyyət açıqlanıb.

Azia.az “Hürriyet”ə istinadla xəbər verir ki, Muğla şəhərində və Çökertme körfəzində yanğına müdaxilələr davam edir. Yanğınsöndürənlər yerdə ocağı soyutmağa çalışır, helikopterlər isə havadan müdaxilə edir.

Alovların istilik elektrik stansiyalarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür. Muğlada Çökertme məhəlləsindəki əhali təxliyyə olunub.

08:00-a olan məlumata görə, 6 şəhərdə davam edən 13 meşə yanğının söndürülməsi işləri aparılır.

Gündoğmuş məhəlləsində yanğın gecə 6 evə keçib. Manavqatta (Antalya) daha bir məhəllə təhlükəsizlik məqsədilə boşaldılıb.

Dənizli şəhərindəki meşə yanğını isə 12 saat sonra nəzarət altına alınıb.

Türkiyədəki yanğınlarla bağlı ƏN SON VƏZİYYƏT - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi