Portuqaliyanın Pedroqao Qrande bölgəsində meşədə güclü yanğın baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə 160 yanğınsöndürən maşın və 1700-dən çox işçi göndərilib.
Portuqaliya Daxili İşlər Nazirliyi yanğında 57 nəfərin öldüyünü, 59 nəfərin isə xəsarət aldığını açıqlayıb. Ölənlərdən 16-sı avtomobillərində can verib.
40 dərəcə isti və güclü külək səbəbindən yanğının qarşısını almaq hələlik mümkün olmayıb. Təhlükəli vəziyyətlə əlaqədar ətraf kəndlərdən əhali təxliyyə edilib.
Yanğının səbəbi hələlik bilinmir.