Qardaş Türkiyədən acı xəbər gəldi: Ard-arda 100-dən çox zəlzələ oldu
Muğlanın Datça bölgəsində 4,4 bal gücündə daha bir zəlzələ olub.
Məlumata görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 12:14-də qeydə alınıb.
AFAD-dan verilən məlumata görə, son 12 saatda Egey dənizinin Datça sahilində ən çox təkan 5,5 bal gücündə olmaqla ard-arda 131 zəlzələ baş verib.
Qeyd edək ki, zəlzələ ilə yanaşı Muğlanın Marmaris, Milas rayonlarında və Göyçeğiz qəsəbəsində yanğınlar davam edir.