azia.az
azia.az

Bakıda gənc oğlan polis bölməsinə sağ gəlib, ölü çıxdı

13-05-2016, 12:22

 Bakıda gənc oğlan polis bölməsinə sağ gəlib, ölü çıxdı Mağazasında bir müddət əvvəl oğurluq edilən şəxs polis bölməsinə dəvət edilib, az sonra oradan meyidi çixib. Mərhumun ailəsi iddia edir ki, ona bölmədə zor tətbiq edilib.
Paytaxtda polis orqanında ölüm faktı qeydə alinib. Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan 29 yaşlı Sultanov Zaur Səxavət oğlu 1-ci polis bölməsinə dəvət olunub. Şəxsi maşını ilə polis orqanına gələn Zaurun bir neçə dəqiqə sonra öldüyü barədə yaxınlarına məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Zaur Sultanov ürəkdən qüsurlu olub.
Onun bölməyə çağırılmasına səbəb isə, bir müddət öncə mərhumun mağazasından oğurluq edilməsi olub. Ehtimal edilir ki, bu məqsədlə də o, 1-ci bölməyə dəvət olunub. Ailənin iddiasina görə, Zaur bölmə əməkdaşlarının zor tətbiq etməsi nəticəsində dünyasını dəyişib. Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər.
Məsələ ilə bağlı 1-ci polis bölməsindən məlumat əldə etmək cəhdi boşa çıxıb. Həm daxili İşlər Nazirliyinin, həm Bakı Baş Polis idarəsinin mətbaut xidmətindən baş vermiş hadisə ilə bağlı məlumat almaq cəhdi də uğursuz olub. Ölüm faktı isə rayon prokurorluğunda araşdırılır.
Oxşar hadisə sonuncu dəfə ötən ilin avqust ayında Mingəçevirdə olub. Şəhər polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib.
Bəhruz Hacıyev atası Dilsuz Hacıyevin verdiyi məlumata görə, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb.Polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar. D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
"Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir", - deyə D.Hacıyev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi