Azərbaycanda kreditlərlə bağlı PİS XƏBƏR
Problemli kreditlərin məbləği son bir ildə 29 %-ə yaxın artıb.
Oxu24.com xəbər verir ki, təkcə bu il aprelin 1-nə vaxtı keçmiş kreditlərin məbləği 619,6 milyon manat təşkil edib. Bu rəqəm isə ötən ayla müqayisədə 10,25 % çoxdur.
Sürətlə artan bu vəziyyətin isə mümkün bir neçə səbəbi var.
İqtisadçı Xalid Kərimli deyir ki əsas səbəblərdən biri inflasıyanın əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etməsidir.
Ekspertin fikrincə, problemin digər bir səbəbi isə kredit bazarının sürətlə böyüməsidir.Baxmayaq ki,ehtiyyatlı kreditləşmə sistemi təşviq olunur,digər ölkələrlə müqayisədə Azərbaycanda iqtisadiyyatda bank sektorunun payı hələ də kiçik olaraq qalır. Bununla yanaşı ölkədə kreditlərin böyük hissəsi biznesə deyil, məhz istehlak məqsədlərinə verilir. Bu cür kreditlər gəlir gətirmədiyi üçün geri qaytarılması daha riskli olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.