Mayın 10-da qardaş ölkə Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu şəhərində terrorçular tərəfindən törədilən avtomobil partlayışı nəticəsində ən azı 15 polis həlak olub.
Xayber Paxtunxva əyalətində polis məntəqəsinə edilən terror hücumu ilə əlaqədar Əfqanıstanın Pakistandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib.
Azia.az
Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Pakistanın diplomatik qurumu məlumat yayıb.
Bildirilib ki, hücum Əfqanıstanda sığınacaq tapan “Fitnə əl-Xəvaric” qrupunun terrorçuları tərəfindən törədilib. İslamabadın Əfqanıstan ərazisinin Pakistana qarşı terror hücumları üçün davamlı istifadəsindən ciddi narahatlığı Kabil nümayəndəsinə çatdırılıb.
Əfqanıstan tərəfinə həmçinin İslamabadın bu vəhşi hərəkəti törədənlərin əməllərinə qətiyyətlə cavab vermək hüququnu özündə saxladığı bildirilib.