Polis 4 şəkərə görə işdən qovuldu
Mağazaya girərək şirniyyat bölümündən 4 şəkər götürüb ağzını şirin edən polis işini itirib.
Gün.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Hollandiyanın Gelderland əyalətində qadın polis əməkdaşı girdiyi mağazanın şiirniyyat bölməsindən götürdüyü 4 şəkərə görə işindən oldu.
Mağaza işçiləri tərəfindən götürdüyü şəkərlərin pulunu ödəmədiyi üçün şikayet edilən qadın polis “vəzifədən sui-istifadə edərək oğurluq etmək” ittihamı ilə günahkar bilinib.
Məhkəmə qadın polisin etirazını rədd edərək, onun şəkər oğurluğu ilə vəzifəsindən sui-istifadə etdiyinə qərar verib.
Yerlli polis qurumu isə məhkəmənin qərarını doğru sayaraq, qadın polisi vəzifəsindən sui-istifadə etmək səbəbi ilə hesab edərək onu işdən qovub.
Qadın işə bərpa olunmaq üçün məhkəməyə üz tutsa da, onun şikayəti rədd edilib.