azia.az
azia.az

Ankaranın polis rəisi üç gün oğurluq maşın nömrəsi ilə gəzdi - QƏRİBƏ SINAQ

5-04-2016, 11:12

Ankaranın polis rəisi üç gün oğurluq maşın nömrəsi ilə gəzdi - QƏRİBƏ SINAQ Ankaraya yeni təyin edilmiş Baş Polis rəisi Mahmud Karaaslan paytaxtda ilk dəfə olaraq qeyri-adi təhlükəsizlik yoxlamasına imza atıb.

Lent.az-ın Türkiyə KİV-ə istindən məlumatına görə, Karaaslan üç gün boyunca oğurlanmış nömrə taxılmış maşınla şəhərdə gəzib və fərq edilməyincə çox əsəbiləşib.
O 24 saat ərzində izlənən bulvar və küçələr kimi mərkəzlərdə dolaşıb. Oğurlanmış maşın nömrəsi heç bir polisdə şübhə doğurmayıb. Üstəlik Ankaranın 513 nöqtəsində MOBESE və PTS ( Nömrə tanıma sistemi) kameralarında da təsbit edilməyib.
Təhlükəsizlik müdiri heç bir yoxlama məntəqəsində saxlanılmamasına görə çox əsəbiləşib. Bu hadisədən sonra o MOBESE məsuliyyətliləri başda olmaqla təhlükəsizliyi təmin edən polis rəhbərlərinə ciddi xəbərdarlıq edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi