Kişi 20 santimetrlik bıçağı uddu və sağ qaldı - FOTO
Hindistanın Haryana ştatının Palval şəhərinin sakini 20 santimetrlik bıçağı udub və sağ qalıb.
“Azia.Az” xəbər verir ki, həkimlər üç saat ərzində xəstənin qaraciyərindən kəsici aləti çıxarıblar.
Həmin şəxs iyunun əvvəlində koronavirus səbəbiylə tətbiq edilən özünütəcrid rejimi zamanı bıçağı su ilə udub.
Bir müddət sonra onda şiddətli qarın ağrısı və qızdırma başlayıb, normal yemək yeyə bilməyib.
Həkimlər xəstəxanaya gələn kişinin qarnında kompüter tomoqrafiyası və digər müayinələrdən istifadə edərək bıçağın dəqiq yerini təyin ediblər: bıçaq qaraciyəri deşib və onun sapı onikibarmaq bağırsağa yapışıb. Nəticədə, xəstədə qanaxma, qaraciyərdə zəhərlənmə başlayıb. Hazırda onun vəziyyəti yaxşıdır.