azia.az
azia.az

Türkiyənin “Picksoft Bilişim Teknolojiler” şirkətinin nümayəndəsi Mərkəzi Elmi Kitabxanada olub

Dünən, 23:47


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin “Picksoft Bilişim Teknolojiler” şirkətinin layihə üzrə meneceri Oğuz Akpınarla görüş keçirilib.

Görüş MEK rəhbərliyinin bu il Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri zamanı yaradılan əməkdaşlıq əlaqələrinin davamı olaraq təşkil edilib. Görüşdə MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov iştirak ediblər.

Qonaq əvvəlcə Mərkəzi Elmi Kitabxananın fondları və şöbələri, müasir kitabxana xidmətləri, elektron resursların idarə olunması, rəqəmsallaşdırma istiqamətində həyata keçirilən layihələr, eləcə də kitabxanada tətbiq olunan innovativ texnoloji həllərlə tanış olub.

Daha sonra Oğuz Akpınar təmsil etdiyi “Picksoft Bilişim Teknolojiler” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, kitabxanalarda süni intellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi və perspektivləri barədə ətraflı məlumat verib.

Görüş zamanı gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi