Zahir Abbasın SOSİAL ŞƏBƏKƏDƏ PAYLAŞDIĞI ŞEİR HƏR KƏSİN MARAĞINA SƏBƏB OLUB
Xatırladaq ki vətən sevdası ilə yaşayan Zahir Abbas şeirləri ilə onu sevənlərin qəlbinə yol aça bilib. Yaradıpcılığında həmişə diqqəti çəkən məqamlar olub. Bu mənada tanınmış şairin şeirini sosial şəbəkədə paylaşması böyük maraq yaradıb. Şeirdə şairin duyğusal yaşam tərzi və daxili sarsıntıları əks olunub. Əsərdə “Zahir yaşamadı, bəxtikəm getdi” misrası xüsusilə ön plana çıxır.
Şeirdə deyilir:
Közəm, yanıb-yanıb külə dönərəm,
Saralan, bükülən gülə dönərəm,
Ömürdən silinən ilə dönərəm,
Mən sənin yanına dönən deyiləm.
Nəyini bəyənim, nəyini sevim?
Özüm tək sönükdü ocağım, evim,
Bir ümid qoydun ki, təsəllim deyim,
Mən sənin yanına dönən deyiləm.
Zahir yaşamadı, bəxtikəm getdi,
İllərə can verdi, günlərdə itdi,
Bitdi nakam ömrüm, beləcə bitdi...
Mən sənin yanına dönən deyiləm.
Qeyd edək ki, Zahir Abbas hələ gənc yaşlarından poeziya ilə məşğuldur və sosial şəbəkədə özünəməxsus ədəbi paylaşımları ilə tanınır.