Aynur Nurlunun "Iblislə söhbət" kitabı işıq üzü gördü
Müəllif kitabında Moskvada cərəyan edən hadisələrdən bəhs edir. Belə ki, kitabda haqqında bəhs edilən tələbə qızın satanistlə qarşılaşması- birincinin həyatının dəyişilməsinə səbəb olur. Gecəylə gündüzün, zülmətlə işığın, şərlə xeyirin xüsusiyyətləri əsərdə açıqlanır. Sonra hadisələr soyuq Moskvadan Bakıya keçid alır. Bir çox insanlara naməlum, qaranlıq və eyni zamanda maraqlı gələn sirrlərlə dolu məqamlara aydınlıq gətirilən bu kitabda dini, fəlsəfi, elmi və praktik hadisələr bütün reallıqla nümayiş olunur. Eqreqorlar, satanistlər, maqlar, şamanlar, cindarlar, ovsunçular, faldarlar, məxfi təşkilatlara qulluq edən fərqli və fərdi fenomenlərin (FFF) iç dünyasından və heç bir yerdə duymayacağınız faktların sözü gedən kitabda aşkarlanması həyəcansız oxunmayacaq. Kitabı əldə etmək istəyən oxucular 070 857 13 22 votsap nömrəsi ilə əlaqə saxlaya bilər. Oxuyanların bu əsərdən məmnun qalacağına əminik.
Azia.az