azia.az
azia.az

Heydər Əliyev Fondundan MEK-ə dəyərli nəşrlər daxil olub

29-12-2022, 14:55


AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Heydər Əliyev Fondundan 24 sayda ingilis, fransız, rus dillərində dəyərli nəşrlər daxil olub.
Nəşrlərin sırasında Azərbaycan musiqi sənətinin böyük dühaları Fikrət Əmirovun simfonik əsərləri, kamera-instrumental əsərləri, Qara Qarayevin və Vasif Adıgözəlovun vokal-simfonik, Cövdət Hacıyevin simfonik əsərləri yer alıb. Həmçinin Nizami Gəncəvinin “Yeddi gözəl” poeması, Qafqaz Albaniyasının memarlıq abidələri, Azərbaycan xalçaçılığında yeni motivlərindən bəhs edən kitablar, “L'incarnation”, “Manuscripts”, tarixi həqiqətlərimizi özündə əks etdirən “Karabakh before and after occupation” (Qarabağ işğaldan əvvəl və sonra) və digər nəşrlər yer alıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi