azia.az
azia.az

MEK-ə “Həqiqətin onomastikası” kitabının ingilis dilində nəşri daxil olub

7-12-2022, 10:14



AMEA Mərkəzi Elmi Kitabxanasına  (MEK) “Həqiqətin onomastikası” kitabının ingilis dilində nəşri daxil olub. Gərgin tədqiqat işlərinin bəhrəsi olan kitab erməni vandalizminin və saxtakarlığının ən bariz nümunələrindən birinə - tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin ləğv edilmiş, 499 kənd və qəsəbənin adları dəyişdirilmiş, 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib. Hazırda Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. 

Kitabın qısa zamanda rus dilində nəşri də nəzərdə tutulur.


Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, tarixçi alimlər, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitab hazırlanaraq nəşr edilib.   

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi