azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub

23-08-2022, 16:20

Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “Из Азербайджана На Фронт. История Южной Трассы Ленд-Лиза” (В.Филиппов) (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan. M.Sultanov) adlı nəşrlər daxil olub.
“Azərbaycandan cəbhəyə” adlı kitab 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində lend-liz proqramı çərçivəsində İran və Azərbaycan vasitəsilə ABŞ-dan SSRİ-yə hərbi texnikanın tədarükü və tranzit yüklərin daşınmasının təşkilinə dair tarixi-publisistik nəşrdir. Aviasiya tarixçisi Vyaçeslav Filippovun müəllifi olduğu bu kitab Krasnoyarsk diyarının elmi-tədqiqat kitabxanasında layiqli yer tutur.
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin I katib-konsulu Mirdavud Sultanovun müəllifi olduğu “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan) adlı kitabda Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, dünya ölkələri ilə münasibətləri, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsilə əlaqədar məlumatlar öz əksini tapmışdır.
Qeyd edək ki, hər iki kitab Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə MEK-ə daxil olub.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi