azia.az
azia.az

MEK-ə hüquq və riyaziyyat elmlərinə dair nəşrlər daxil olub

16-08-2022, 21:00

MEK-ə hüquq və riyaziyyat elmlərinə dair nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) balansına beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif nəşrlər daxil olmaqda davam edir. Çex Respublikasından Beynəlxalq ədalət və beynəlxalq icra (CYİL: Czech Yearbook of İnternational Law. International Justice and International Enforcement), Çexiya. Mərkəzi Avropa, Arbitraj İlliyi. Arbitraj Məhkəmələrinin yurisdiksiyası (CYArb. Czech, Central European. Yearbook of Arbitration. Jurisdiction of Arbitral Tribunals), Yaponiyadan isə Yaponiya Riyaziyyat Cəmiyyətinin jurnalı (Journal of The Mathematical Society of Japan) adlı nəşrlər daxil olub.MEK-ə hüquq və riyaziyyat elmlərinə dair nəşrlər daxil olub
Qeyd edək ki, Çexiya beynəlxalq hüquqi məcmuəsi Azərbaycanlı alimlərin məqalələrini növbəti illərdə həmin jurnalda ödənişsiz dərc etdirə bilmələri üçün müraciət göndərib. Arzu edənlər [email protected] e-mail ünvanına yazılı şəkildə müraciət edə bilərlər.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi