azia.az
azia.az

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.

7-12-2021, 15:41





MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.
MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Milli ElmlərAkademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir.

Bu günlərdə MEK-ə Şotlandiya, Yaponiya, Almaniya və Türkiyədən ingilis, alman, ispan və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Şotlandiyanın Milli Kitabxanasından “The Royal Society of Edinburgh” (Edinburq Kral Cəmiyyəti), Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Journal of Mathematical Sciences” (Riyaziyyat Elmləri Jurnalı), Meksika Milli Astronomiya Rəsədxanası Astronomiya İnstitutundan astronomiya və astrofizika jurnalı, habelə, Almaniyanın Senkenberq Tədqiqat İnstitutu və Təbiətşünaslıq Muzeyindən “Palaeobiodiversity and Palaeoenvironments” (Palaeo biomüxtəliflik və Palaeo mühitlər), Türk Ocaqları təşkilatından “Türk Dünyası Araştırmaları” kimi müxtəlif jurnallar daxil olub.

Jurnallarda riyaziyyat, zoologiya, biologiya, dənizçilik, genetika, tarix barədə elmi məqalələr öz əksini tapıb.

Tədqiqatçılar üçün qiymətli mənbə hesab edilən bu nəşrlər, MEK-də öz oxucularını gözləyir.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi