azia.az
azia.az

MEK-ə yeni nəşrlər daxil olub

26-07-2022, 08:53

MEK-ə yeni nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) yeni nəşrlər daxil olub.
Müxtəlif mövzuları əhatə edən nəşrlər sırasında “Azərbaycanda gender problemi: yaranması və inkişaf xüsusiyyətləri” (Aygün Eyvazlı), “Postdramatik teatr” (Hans-Tis Leman), “Farmakologiya” (reseptura ilə birlikdə) (Elsevər Ağayev, İbrahim Rəhimov), “Gülxani Pənahın poeziyası” (Aygün Sultanlı), “Yaz yağışı” (Aygün Sultanlı), “Həyat elmləri və biotibb jurnalı” (Journal of life sciences and biomedicine) və s. kitablar yer alır.MEK-ə yeni nəşrlər daxil olub
Qeyd edək ki, MEK-ə daxil olan həmin nəşrlərdə Azərbaycanın sosiomədəni həyatında gender bərabərliyindən, onun tarixindən, 1970-1990-cı illər arasında fəaliyyət göstərmiş qabaqcıl teatr truppalarının və rejissorların yaradıcılığından, farmakokinetika və farmakodinamikanın ümumi qanunauyğunluqları, farmakoterapiyanın növlərindən, şair, ədəbiyyatşünas, publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülxani Pənahın poeziyasından və s. bəhs olunur.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi