Mərkəzi Elmi Kitabxananın fondları zənginləşməkdə davam edir
Mərkəzi Elmi Kitabxananın fondları zənginləşməkdə davam edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) balansına Azərbaycan Yazıçılar Birliyindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən, xarici ölkələrdən həmçinin müəlliflər tərəfindən bir sıra yeni nəşrlər daxil olub.
MEK fondlarını zənginləşdirən bu nəşrlər sırasında “Vətən Bağı Al-Əlvandır”, “Söhrab Tahir Azər Azərin Lirikası” (Gülxani Pənah), “Milli kökümüzə, dilimizə, ədəbiyyatımıza yeni baxış” (Gülxani Pənah), “Ümumiləşmiş inteqrallar və koşi tipli inteqralların sərhəd xassələri” (Rəşid Əliyev), “Vətən adlı dinim var...” (Gülxani Pənah), “Qarabağın və Şərqi Zəngəzurun Alban Abidələri” (Məhəbbət Paşayeva) və s. nəşrlər yer alır. Sözügedən nəşrlərin böyük əksəriyyəti milli mənəvi dəyərlərimiz və vətənpərvərlik mövzularını əhatə edir. Qeyd edək ki, bunlarla yanaşı MEK-ə Türk Dil Qurumundan “Türk Dili” (834 Mart 2022)” və “Türk Dili” (844 Nisan 2022), Moskvadan isə “Kитай” (Çin) No:2-3 (194) (Fevral-Mart 2022) jurnalları daxil olub.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]