azia.az
azia.az

“McGraw Hill”- in elm, tibb və mühəndislik bölmələri MEK oxucularının istifadəsinə verilib

10-02-2022, 14:40


“McGraw Hill”- in elm, tibb və mühəndislik bölmələri MEK oxucularının istifadəsinə verilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) müasir kitabxana sisteminə uğurla inteqrasiya edir, beynəlxalq platforma çərçivəsində müxtəlif təşkilat və müəssisələrlə əməkdaşlığını davam etdirir. MEK elektron resursların kitabxana istifadəçilərinə daha da əlçatan etmək və göstərdiyi xidmət səviyyəsini artırmaq üçün daha bir yeniliyə imza atıb. Belə ki, dünyanın ən nüfuzlu təhsil nəşriyyatlarından olan “McGraw Hill” şirkəti ilə əməkdaşlıq nəticəsində elm, tibb, mühəndislik bölmələri üzrə məlumat bazası MEK oxucularının istifadəsinə verilib.
Məlumat üçün bildirək ki, “McGraw Hill” şirkəti doktarantura təhsili üçün xüsusi təhsil məzmunu, proqram təminatı və xidmətlərini təmin edən ABŞ-ın 134 illik tarixə malik holdinqidir. Şirkət həmçinin tibb, biznes və mühəndislik ixtisasları üçün istinad və ticari nəşrlər də təqdim edir. “McGraw Hill” hazırda 5000-dən çox işçi heyəti ilə 28 ölkədə fəaliyyət göstərir və 60 dildə 135 ölkəyə, 11 milyondan çox istifadəçiyə rəqəmsal məhsul və xidmətlər təklif edir.

Qeyd edək ki, oxucular MEK-in rəsmi saytındakı (http://mek.az/) “Beynəlxalq e-resurslar” bölməsinə daxil olmaqla sözügedən bazadan istifadə edə bilərlər.


İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi