MEK oxucuları üçün daha bir yenilik
MEK oxucuları üçün daha bir yenilik
1 fevral 2022-ci il tarixindən etibarən Türkiyənin iqtisadi, sosial, sektoral və regional məlumatlarını özündə birləşdirən “dataTurkey” verilənlər bazası Mərkəzi Elmi Kitabxananın oxucuları üçün aktiv olacaq.
Məlumat üçün bildirək ki, “dataTurkey”Türkiyənin iqtisadi, sosial, sektoral və regional verilənlərini birləşdirən birməlumat bazasıdır. Müntəzəm olaraq yenilənən “dataTurkey”in tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların seçilmiş verilənlərini tək platformada əldə etmək, verilənləri rahatlıqla idarə etmək,statistik və dinamik hesabat hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müəyyən edilmiş cədvəl vəqrafikləri müxtəlif formatlarda yükləmək, istifadə etmək, müqayisəli cədvəllər yaratmaq, metadata fayllarını araşdırmaq mümkündür.
Qeyd edək ki, oxucular MEK-in rəsmi saytındakı (http://mek.az/) “Beynəlxalq e-resurslar” bölməsinə daxil olmaqla sözügedən bazadan istifadə edə bilərlər.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]