azia.az
azia.az

MEK-in baş direktoru beynəlxalq elmi iclasda Azərbaycanı təmsil edib

10-11-2021, 23:02


MEK-in baş direktoru beynəlxalq elmi iclasda Azərbaycanı təmsil edib
09 noyabr tarixində Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin (BETİM) Moldovanın təşkilatçılığı ilə növbəti 73-cü iclasa start verilib. Görüş videokonfrans formatında aparılıb.
Sözügedən videokonfrans 13 üzv ölkələrin tanınmış alim və mütəxəssislərinin iştirakı ilə baş tutub. Videokonfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev təmsil edib.
Görüş zamanı, mərkəzin fəaliyyətinin təhlili, inkişaf istiqamətləri, 2021-ci il üzrə hesabat, beynəlxalq elmi-texniki məlumat, verilənlər bazası sisteminin yaradılması və saxlanılması, üzv ölkələrin elmi və texniki məlumatları sahəsində kadrların hazırlanmasına və ixtisaslarının artırılmasına kömək, bu sahədə ən yaxşı təcrübələrin mübadiləsinə dəstək, həmçinin növbəti 74-cü görüşün keçirilməsinə hazırlıq və digər önəmli məsələlər müzakirə olunub.
Beynəlxalq elmi iclasda MEK-in baş direktoru professor Məmməd Əliyev BETİM-nin fəaliyyətini, xüsusilə Azərbaycanın alim və mütəxəssislərinin elmi nailiyyətlərinin beynəlxalq aləmdə yayılmasındakı dəstəyini yüksək qiymətləndirib. Qeyd olunub ki, alimlər mütəmadi olaraq, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin təşkil etdiyi beynəlxalq elmi konfrans, seminar və digər tədbirlərdə mütəmadi olaraq iştirak edir, BETİM-in "İnnovasiya və informasiya" jurnalında aktual mövzularda elmi məqalələr nəşr etdirirlər. Baş direktor bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və ölkəmizin belə tədbirlədə iştirakını müasir Azərbaycan elminin uğuru kimi dəyərləndirib.
Videokonfrans müddəti müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Sonda Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin növbəti 74-cü iclasının 2022-ci ildə Monqoliyada keçirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Beynəlxalq Elmi - Texniki İnformasiya Mərkəzi beynəlxalq elmi və texniki məlumat mübadiləsinin təmin edilməsi problemlərini həll etmək məqsədilə 1969-cu ildə hökumətlərarası saziş əsasında yaradılmış, ixtisaslaşmış bir təşkilatdır. Təşkilatın əsas vəzifələri beynəlxalq şəbəkə alətlərinə, dünya informasiya və bilik mənbələrinə malik olmaqdır.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi