2020-ci ilin Ən Yaxşı Kitabı-"HARADAN BAŞLAMALI", Hacı Şahin Həsənli
"Təhsil Araşdırmalar Mərkəzi" Təqdim edir: 2020-ci ilin Ən Yaxşı Kitabı-"HARADAN BAŞLAMALI", Hacı Şahin Həsənli.
"Təhsil Araşdırmalar Mərkəzi"nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilən "Haradan Başlamalı" kitabı, teoloq-alim Hacı Şahin Həsənlinin ilk kitabıdır və ümumi həyati yanaşmanın müqqədiməsi mahiyyətindədir. Kitabın ən önəmli xüsusiyyətlərindən biri, xoşbəxtlik və həyatın mənası anlayışlarını eyni vaxtda ələ almasıdır.
Annotasiya: Müasir insan, nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona, daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahinin qələmə aldığı bu kitabda, usanmış insana, həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində, nə qədər populist səslənsə də, insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı?
Kitabda, bu suallara cavab axtarılır. Həmçinin “günah”, “cəhənnəm”, “kafir” kimi neqativ anlayışlara, yeni, çağdaş insanın dərdinə dəyəcək mənalar verilir, mənəvi mövzuların praktik həyatda canlı qalması üçün dərin təhlillər aparılır.
"Təhsil Araşdırmalar Mərkəzi" kitabın tanıtım filmini təqdim edir:
https://www.youtube.com/watch?v=iRbmtC0wcKQ