MEK-də Azərbaycanşünaslıq və MRY istiqamətində işlər davam etdirilir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş (MRY) şöbəsigeniş oxucu kütləsinin Azərbaycana aid informasiya resursları ilə təmin edilməsi üçün ənənəvi və elektron kataloqu bu mövzuda materiallarla zənginləşdirir.
Şöbə tərəfindən cari ilin6 ayında Qarabağ Azərbaycandır!, 44 günün salnaməsi, Azərbaycan Ordusu, Nizami Gəncəvi, Azərbaycanın tarixini, mədəniyyətini, siyasətini və s. mövzuları əks etdirən elmiməqalələr kitab, qəzet, jurnal, ND materiallarından seçilərək biblioqrafik təsviri ənənəvi və elektron kataloqa daxil edilib.Ümumilikdə isəcari ilin6 ayında4245 məqalədaxil edilib.
Onu da qeyd edək ki, ötən 6 ay ərzində 1571 sənəd MRY bazasına aid edilib.AMEA İnstitutlarından məktubla müraciətəsasında göndərilən 100-ə yaxınmaterialın müəllif hüquqları qorunmaq şərtiləelektron versiyası yaradılaraq MRY bazasına daxil edilib.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi