azia.az
azia.az

Nazir: Təmas xəttindəki gərginlik Azərbaycana gələn turistlərin sayına təsir göstərməyib

7-04-2016, 14:49

Nazir: Təmas xəttindəki gərginlik Azərbaycana gələn turistlərin sayına təsir göstərməyib "Son zamanlar Azərbaycan-Ermənistan təmas xəttində yaşanan hadisələr Azərbaycana gələn turistlərin sayına təsir göstərməyib".
Bbunu Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XV Azərbaycan Beynəlxalq Turizm Sərgisinin açılış mərasimində çıxış edərkən deyib. Nazir bildirib ki, turizm sahəsi işini davamlı və stabil olaraq uğurla davam etdirir: "Azərbaycana gələn turistlərin sayında heç bir dəyişiklik yoxdur. Hesab edirəm ki, Ermənistan tərəfindən bu həyəcanı yaratmaq niyyətləri məhz Azərbaycanın normal iqtisadi fəaliyyətini pozmaq məqsədi güdür. Azərbaycan turizmi bədnam qonşuların bu addımlarına davamlı və qətiyyətli cavabını verir. Azərbaycan turizmi bu gün elan edir ki, ölkəmiz turistlər üçün ən təhlükəsiz, ən qonaqpərvər, iqtisadi baxımından rəqabətə davamlı olan turizm ölkəsidir. Heç bir addım Azərbaycanı turizmin inkişafından yayındıra bilməz. Azərbaycan torpaqlarının hər bir guşəsində qonaqlara hörmətlə yanaşılıb və bu hörmət bu gün də davam edir".
Sosial səhifələrdə paylaş


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi