Əl yuma qaydaları-BİLMƏDİKLƏRİMİZ DƏ VARMIŞ
Əllərin düzgün yuyulması infeksiyalardan qorunmanın ən effektiv yollarından biridir. Sadə görünən bu vərdiş, yanlış tətbiq olunarsa, mikroblardan tam qorunma təmin etmir.
Bildirilir ki, əlləri ən az 20 saniyə sabunla köpükləndirərək yumaq vacibdir. Bu müddət ərzində ovuc içləri, barmak araları, əllərin arxası, biləklər və tırnaq altları diqqətlə təmizlənməlidir.
Əllərin yuyulması yalnız yeməkdən əvvəl və sonra deyil, həmçinin tualet istifadə etdikdən, ictimai yerlərdə olduqdan və öskürərkən, asqırarkən də önəmlidir.
Həkimlər həmçinin əllərin düzgün qurulanmasının vacib olduğunu vurğulayırlar. Əlləri yuyub təmizlədikdən sonra təmiz dəsmal və ya kağız dəsmal ilə qurulması mikrobların yenidən yayılma riskini azaldır.
Əminə Bayramova