azia.az
azia.az

Turizmdən gələn gəlir Azərbaycan iqtisadiyyatının 4,5 faizini təşkil edir

8-03-2016, 06:47

Turizmdən gələn gəlir Azərbaycan iqtisadiyyatının 4,5 faizini təşkil edir Bu gün turizmdən gələn gəlir Azərbaycan iqtisadiyyatının 4,5 faizini təşkil edir. Biz bu sahənin inkişafı üçün daha da səylə çalışırıq.

Gün.Az trendə istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin Bakıda keçirilən toplantısında iştirak edən qonaqların şərəfinə rəsmi səhər yeməyi zamanı səsləndirib.
Ə.Qarayev səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” hesab olunan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) növbəti toplantısının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Nazir həmçinin qeyd edib ki, ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilərək, bu təşkilatla sıx əlaqələr qurub:
"Bu gün turizmdən gələn gəlir Azərbaycan iqtisadiyyatının 4.5% ni təşkil edir. Biz bu sahənin inkişafı üçün daha da səylə çalışırıq. Ümid edirik ki bu görüşdən sonra siz Azərbaycanda olmağı öz dostlarınıza məsləhət görəcəksiniz. Biz əminik ki, bizim şəxsi dostluğumuz, əməkdaşlığımız, müzakirələrimiz, görüşlərimiz və bizim dünya turizm sektoru haqqında fikir mübadiləmiz bizi yeni mərhələyə çıxaracaq".
Tədbirdə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Katibi Taleb Rifainin Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulayıb. Ölkəmizdə olmaqdan məmnunluğunu bildirərək, Azərbaycan xalqının qonaqpərvərliyindən söz açıb. Ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək, Lüsern Dünya Turizm Forumunun da layiqincə keçiriləcəyinə əminliyini ifadə edib.
Lüsern Dünya Turizm Forumunun sədri Reto Vitterver çıxış edərək müasir dövürdə turizmin dünya iqtisadiyyatında önəmindən danışıb. Həmçinin Azərbaycanın dünyada enerji resursları ilə zəngin ölkə kimi tanınmasına baxmayaraq, böyük turizm potensialının olduğunu da vurğulayıb.
Sonda Azərbaycanın turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, martın 6-dək davam edəcək Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) Bakıdakı toplantısı “İnkişaf edən istiqamətlərdə uğurun faktorları” mövzusu üzrə keçiriləcək. Toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslər iştirak edəcək. Onlar arasında bir neçə ölkənin turizm naziri, 30-a yaxın transmilli korporasiyaların, hava yolların və qlobal qeyri-hökumət təşkilatların rəhbərləri də var.
Toplantı zamanı növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensialar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi