Zəngilan Konqres Mərkəzi: beynəlxalq forum və konfranslar üçün ideal məkan
Dövlət başçısı tərəfindən 2023-cü il sentyabr ayının 28-də açılışı edilən Zəngilan Konqres Mərkəzi artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib.
Qeyd edək ki, Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir.600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasirstandartlara uyğun şərait yaradılıb. Mərkəzin digər korpusunda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur. Kompleksin ərazisi 2,2 hektardır.
Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Tikinti işləri yüksək keyfiyyət və müasir inşaat standartlarına uyğun şəkildəhəyata keçirilib.
Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.