azia.az
azia.az

Botoksun zərərləri açıqlandı

Bu gün, 18:38

Estetik prosedurlar arasında geniş yayılan botoks tətbiqi düzgün icra edildikdə təhlükəsiz hesab olunsa da, müəyyən yan təsir və risklər daşıya bilər.

 Mütəxəssislər prosedurun mütləq təcrübəli həkim tərəfindən aparılmasının vacibliyini vurğulayırlar.

 Botoksdan sonra ən çox rast gəlinən hallar inyeksiya nahiyəsində ağrı, şişkinlik, qızartı və ya göyərmədir. Bəzi hallarda baş ağrısı, halsızlıq və yüngül allergik reaksiyalar da müşahidə oluna bilər.

 Nadir hallarda isə daha ciddi fəsadlar yarana bilər. Bunlara mimik əzələlərdə müvəqqəti zəiflik, göz qapağının sallanması, görmə ilə bağlı problemlər və udma çətinliyi daxildir. Bu cür halların adətən yanlış dozalanma və ya düzgün olmayan tətbiq nəticəsində ortaya çıxdığı bildirilir.

 Həkimlər qeyd edirlər ki, botoks sadə kosmetik prosedur kimi qiymətləndirilməməlidir. Prosedurdan əvvəl şəxsin sağlamlıq vəziyyəti, istifadə etdiyi dərmanlar və gözləntiləri diqqətlə dəyərləndirilməlidir.

 Xatırlatma: Botoksun təsiri müvəqqətidir və təsir müddəti bitdikdən sonra dəri əvvəlki vəziyyətinə qayıdır. Prosedurun təhlükəsiz və effektiv olması üçün yalnız ixtisaslı mütəxəssisə müraciət etmək tövsiyə edilir.

 

Əminə Bayramova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi