Venesuelada iqtidar-müxalifət qarşıdurması
Venesuelanın Lara ştatının Barkisimeto inzibati mərkəzində Maduro tərəfdarları ilə müxalif qruplar arasında qarşıdurma yaşanıb. Bu barədə “El Nasional” məlumat yayıb.
Bildirilir ki, qarşıdurma mərkəzi xəstəxanada, BMT-nin İnsan Haqları üzrə Komissiyasının üzvlərini gözləyən zaman baş verib. Digər bir məlumata görə, olayda hökumətin silahlı qrupu sayılan “Kollektivos” iştirak edib. Ərazidə yaranan iğtişaşın qarşısını almaq üçün Milli Qvardiya qüvvələrinin də hərəkətə keçdiyi deyilir.